» » Oğurladığı 300 qızı qaytarır -

Oğurladığı 300 qızı qaytarır - "Onlara kimsə toxunmayıb..."

Bölmə: Dünya, BLOK XƏBƏR
Oğurladığı 300 qızı qaytarır -

Nigeriya hökuməti terrorçularla Səudiyyə Ərəbistanında anlaşıb

Nigeriyadakı "Boko Haram" terror qruplaşmasının Borno vilayətindəki məktəblərdən birinə hücum etməsi və 300-dən artıq məktəbli qızı qaçıraraq əsir götürməsi dünya ictimaiyyətinin diqqət mərkəzində idi. Aprelin 14-də oğurlanmış məktəbli qızlardan uzun müddət idi ki, xəbər gəlmirdi. Bəlli olan o idi ki, yük maşınlarına doldurularaq Sambisa meşəsinə aparılan qızlardan 50 nəfəri yük maşınlarından yerə atılaraq qaça bilib. Bu barədə musavat.com-un Avropa müxbiri yazır.

"Boko Haram"ın lideri Əbubəkr Şeku videomüraciətində bəyan etmişdi ki, qızları biz oğurladıq: “Onları bazarda qul kimi satacağıq. And olsun Allaha ki, hərəsi üçün ən uzağı 10 dollar istəyəcəyik”.

Onun çıxışı Nigeriyanı təlatümə gətirmişdi. Küçələrə çıxan on minlərlə insan oğurlanmış qızların dərhal tapılmasını və azad olunmasını tələb edirdi. Paytaxt Acubada mitinq keçirənlər "Qızlarımızı qaytarın! Yeganə istəyimiz budur" şüarları səsləndirirdilər.

"Boko Haram"ın qaçırdığı qızların axtarışlarına ABŞ prezidenti Barak Obamanın göstərişindən sonra xüsusi təyinatlı amerikalı hərbçilərdən ibarət qrup da qatılmışdı.

Çin isə terrorçuları peyk vasitəsilə axtarırdı...

“Agence France-Presse”in son məlumatına görə Nigeriya hökuməti “Boko Haram" terror qrupu ilə anlaşma əldə edib. Anlaşmaya görə oğurlanmış qızların geri qaytarılacaq. Artıq “Boko Haram"a qarşı hökumətə bağlı hərbi güclərin apardığı əməliyyatlar dayandırılıb.

“Boko Haram"ın təmsilçisi bəyan edib ki, tərəflər arasındakı anlaşma Səudiyyə Ərəbistanında keçirilən danışıqlar zamanı əldə olunub. Danışıqlarda Çad və Kamerun dövlətlərinin təmsilçiləri də iştirak edib.

Terrorçu qrup bəyan edib ki, yarım il əvvəl oğurlanmış qızlara kimsə toxunmayıb və onlar özlərini yaxşı hiss edirlər. Anlaşmanın detalları barədə əlavə məlumat verilməyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler