» » Macarıstanda möhtəşəm “Turan qurultayı” - Səfirin paylaşdığı maraqlı fotolar

Macarıstanda möhtəşəm “Turan qurultayı” - Səfirin paylaşdığı maraqlı fotolar

Bölmə: Dünya, MARAQLI, BLOK XƏBƏR, MANŞET
Macarıstanda möhtəşəm “Turan qurultayı” - Səfirin paylaşdığı maraqlı fotolar
Macarıstanın Kiçik Kumaniya bölgəsində yerləşən Buğac şəhəri yaxınlığındakı “Kişkunşaq” milli parkında 1700 il əvvəl Atillanın öndərliyi ilə ölkəyə ilk türk tayfalarının gəlişi münasibətilə “Turan qurultayı”, yaxud “Əcdadlar günü” adlı tədbir keçirilib.

Teleqraf.com-un məlumatına görə, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə Macar Turan Fondu tərəfindən təşkil edilən mərasimə on minlərlə şəxs qatılıb. Avropa Hun İmperiyası hökmdarı Atillanın anıldığı tədbirdə türk tarixinə dair fotoşəkillər nümayiş etdirilib, köçəri tayfaların adət-ənənələri, həyat tərzi və döyüş oyunları səhnələşdirilmiş formada canlandırılıb, ox yarışları və konsert təşkil edilib. Gecələmək istəyən tədbir iştirakçıları üçün çoxlu sayda ənənəvi oba çadırı qurulub.

Mərasimə Macarıstan parlamentinin birinci vitse-spikeri, yazıçı, tarixçi və etnoqraf Sandor Layoş, o cümlədən Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev qatılıb. V.Quliyev sosial şəbəkədə tədbirdən fotoşəkillər paylaşıb.

Tədbirdə, həmçinin, Türkiyə səfirliyinin rəsmiləri, Qazaxıstanın Macarıstandakı səfiri də iştirak edib.

Macarıstanda möhtəşəm “Turan qurultayı” - Səfirin paylaşdığı maraqlı fotolar
Macarıstanda möhtəşəm “Turan qurultayı” - Səfirin paylaşdığı maraqlı fotolar
Macarıstanda möhtəşəm “Turan qurultayı” - Səfirin paylaşdığı maraqlı fotolar
Macarıstanda möhtəşəm “Turan qurultayı” - Səfirin paylaşdığı maraqlı fotolar
Macarıstanda möhtəşəm “Turan qurultayı” - Səfirin paylaşdığı maraqlı fotolar
Macarıstanda möhtəşəm “Turan qurultayı” - Səfirin paylaşdığı maraqlı fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler