» » 14 nəfərin ölümünə səbəb olan fil güllənib

14 nəfərin ölümünə səbəb olan fil güllənib

Bölmə: Dünya
14 nəfərin ölümünə səbəb olan fil güllənib
Xəbər verdiyimiz kimi, Hindistanın Carxand və Bihar ştatlarında 1 fil 14 nəfərin ölümünə səbəb olub.

Xalqinfo” xarici mediaya istinadən xəbər verir ki, ötən həftə 25 yaşlı gəncin də fil tərəfindən öldürülməsindən sonra şəhərə Heydərabaddan 5 nəfər fil təlimçisinin gətiriləcəyi və həmin fili əhliləşdirəcəklərini bildirmişdilər.

Əgər fili sakitləşdirmək mümkün olmasa güllələmək üçün müvafiq idarələrdən icazə istəniləcəyi açıqlanmışdı.

Bütün cəhdlərə baxmayaraq fili sakitləşdirmək mümkün olmayıb və nəticədə güllələnərək zərərsizləşdirilib.

Qeyd edək ki, Hindistanda qanuna əsasən vəhşi heyvanların ovu qadağandır, aqressiv heyvanların məhv edilməsi üçün isə xüsusi icazə tələb edilir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler