» » “Ankara-Berlin münasibətləri Bundestaqa seçkilərdən sonra düzələcək”

“Ankara-Berlin münasibətləri Bundestaqa seçkilərdən sonra düzələcək” Ərdoğan

Bölmə: Dünya
 “Ankara-Berlin münasibətləri Bundestaqa seçkilərdən sonra düzələcək”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara-Berlin münasibətlərinin gələn ay Almaniyada keçiriləcək parlament seçkilərindən sonra normallaşacağını bəyan edib.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, o bildirib ki, Türkiyə-Almaniya münasibətlərinin pisləşməsinə səbəb Avropanın daxili siyasəti olub.

Ərdoğan qeyd edib ki, bu siyasət Avropa İttifaqı ölkələrində seçkiöncəsi dövr üçün xarakterikdir. “Fransa ilə Avstriya da əvvəllər belə edib. İndi Almaniyanın bu strategiyadan yararlandığını görürük. Əminəm ki, vəziyyət seçkilərdən sonra düzələcək”, - deyə o vurğulayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler