» » Qorbaçov Tramp və Putini razılığa çağırdı

Qorbaçov Tramp və Putini razılığa çağırdı

Bölmə: Dünya
Qorbaçov Tramp və Putini razılığa çağırdı
ABŞ və Rusiya bir-birini təlaşlandırmamalı və qorxutmamalıdır.

Axar.az xəbər verir ki, bu sözləri “Anadolu” agentliyinə açıqlamasında SSRİ-nin son prezidenti Mixail Qorbaçov son vaxtlar gərginləşən ABŞ-Rusiya münasibətlərini şərh edərkən deyib.

Qorbaçov vəzifəyə gəldiyi ilk dövrlərdə iki ölkə arasındakı münasibətlərin sadəcə polemika və qarşılıqlı ittihamlardan ibarət olduğunu bildirib:

“ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan ilk vaxtlarda mənə yuxarıdan aşağı baxırdı. Amma ona dedim ki, sən mənim müəllimim deyilsən. Bu qarşı tərəfin xətrinə dəyməyəcək bir cümlə idi”.

Qorbaçov əvvəlki dövrlərdən fərqli olaraq hazırda iki ölkə rəhbərliyinin nüvə silahının yaratdığı böyük təhlükənin fərqində olduğunu qeyd edib.

Ən çətin vəziyyətdə belə davamlı qarşılıqlı görüşlərin keçirilməsinin və dialoq üçün açıq qapı saxlanılmasının lazım olduğunu bildirən eks-prezident amerikalı və rus liderlərin çox gec olmadan uzlaşma yoluna qədəm qoymalarının vacibliyini vurğulayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler