» » İraq kürdlərə qarşı birləşir -

İraq kürdlərə qarşı birləşir - Kampaniya

Bölmə: Dünya
İraq kürdlərə qarşı birləşir -
İraqın Süleymaniyə şəhərində bir qrup siyasətçi, jurnalist və fəal 25 sentyabrda keçirilməsi nəzərdə tutulan müstəqillik referendumuna qarşı “YOX” kampaniyasına start verib.

Axar.az xəbər verir ki, hərəkatın sözçüsü Rabun Maruf Süleymaniyədə keçirdiyi mətbuat konfransında kampaniya üçün hazırlıqlara rəsmi şəkildə başladıqlarını bildirib.

Maruf 25 sentyabrda keçirilməsi nəzərdə tutulan referendumun təxirə salınmasını tələb etdiklərini bildirərək, bölgə əhalisindən onlara dəstək verməyi xahiş edib.

Qeyd edək ki, İraq Kürd Regional Rəhbərliyinin sədri Məsud Bərzani verdiyi açıqlamada sentyabr ayının 25-də müstəqilliklə bağlı referendumun keçiriləcəyini deyib.

İraqın Baş naziri Heydər Abadi isə açıqlamasında bunun konstitusiyaya zidd olduğunu və referendumu tanımayacaqlarını söyləyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler