» » Türkiyədə iki məşhur gecə klubu atəşə tutulub -

Türkiyədə iki məşhur gecə klubu atəşə tutulub - 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Bölmə: Dünya
Türkiyədə iki məşhur gecə klubu atəşə tutulub -
Türkiyənin məşhur tətil bölgəsi Bodrumda yanbayan yerləşən iki gecə klubuna hücum olub.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, ötən gecə yerli vaxtla saat 03.00 radələrində üzərində iki tapança olan bir şəxs Bodrumun Göltürkbükü məhəlləsində yerləşən məşhur “Çilek Beach Club” və “Sess Beach Club” gecə klublarına yaxınlaşıb, atəş açmağa başlayıb.

Gecə klublarında 400-ə qədər insan olub. Nəticədə 18 yaşlı Furkan Say adlı şəxs ölüb, 4 nəfər yaralanıb. Cinayətkar gəldiyi avtomobilə hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler