» » Ukrayna baş prokurorunun keçmiş müavini:

Ukrayna baş prokurorunun keçmiş müavini: “Saakaşvili Ukraynaya qayıdır”

Bölmə: Dünya
Ukrayna baş prokurorunun keçmiş müavini:
Dünya mətbuatında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi əsas müzakirə mövzularından biri olaraq qalır. Halbuki, bunun əsas səbəbi prinsip etibarilə məlumdur: Odessa vilayətinin qubernatoru vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonu kəskin tənqid edirdi. Eyni zamanda, Gürcüstan çoxdan bəri barəsində cinayət işi açılmış keçmiş liderinin ekstradisiyasına nail olmaq istəyir.

Bütün bunlar barədə virtualaz.org-un əməkdaşı ilə söhbətində Ukraynanın baş prokurorunun keçmiş müavini David Sakvaleridze danışıb.

“Saakaşvilini vətəndaşlıqdan məhrum etməklə prezident Poroşenko siyasi zəiflik, hətta deyərdim ki, qorxaqlıq nümayiş etdirdi. Bununla birlikdə, müxalifətçi liderə qarşı təzyiqlər onun partiyasının populyarlığını artırır. Prinsipcə, Saakaşvili heç kimə mane olmurdu, siyasi fəaliyyətlə məşğul idi. Mənə bildirildiyinə görə, bu hadisədən sonra Mixail Nikolozoviçin reytinqi 3 dəfə yüksəlib və dünya üzrə də bu mövzu ən çox müzakirə olunanlardandır”, - müsahibimiz deyib.

D.Sakvalerizde bu yaxınlarda Saakaşvilinin Ukraynaya qayıdacağını bildirib: “Heç şübhə etməyin, o qayıdacaq və hakimiyyətə güclü təzyiq göstərəcək. Biz buna hazırıq”.

Jurnalistin “Şayiələrə görə, Gürcüstan xüsusi təyinatlıları artıq Kiyevdədir və Saakaşvili bura gələn kimi onu tutub Gürcüstana yollayacaqlar” replikasına baş prokurorun keçmiş müavini cavab verib: “Bu cür hal baş verərsə, bu, iki ölkənin – Ukraynanın və Gürcüstanın oliqarxik sistemlərinin sonu olacaq. Saakaşvilinin Poroşenkodan əsas fərqini bilirsiniz? Kiyevdə, Tbilisidə, Moskvada, Bakıda, Minskdə hamı onu islahatçı kimi tanıyır. Bəs İvanişvilini kim tanıyır? Poroşenko kimə maraqlıdır? Saakaşvili adını tarixə yazmış fenomendir. O sübut etdi ki, postsovet məkanında korrupsiyanın, xəzinə oğurluğunun, insanların alçaldılması hesabına şəxsi hakimiyyətini möhkəmləndirməyin alternativi olan ideologiya mövcuddur”.

Müsahibimizin fikrincə, Saakaşvilinin vətəndaşlığı bərpa da oluna bilər: “Hər şey mümkündür, çünki bizim opponentimiz qeyri-adekvat və qorxaq hakimiyyətdir”.

“Poroşenko və onun hakimiyyəti Rusiyanı tam qane edir. Putin anlayır ki, bu adamlar Ukraynanı dağıdacaqlar. Dünyada artıq heç kim bu hökumətə hörmətlə yanaşmır”, - David Sakvaleridze deyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler