» » Rusiya Fransa seçkilərinə Facebook-la müdaxilə edib -

Rusiya Fransa seçkilərinə Facebook-la müdaxilə edib - İddia

Bölmə: Dünya
Rusiya Fransa seçkilərinə Facebook-la müdaxilə edib -
Rusiya kəşfiyyat agentlikləri Fransa prezidenti Emmanuel Makronun seçki kampanyasına qarşı internet casusluğu edib, saxta Facebook hesabları vasitəsilə müdaxilə edib. Bu iddianı ABŞ konqresmeni və daha iki rəsmi şəxs iddia edib.

Təxminən minlərlə saxta Facebook hesabı ilə Makronun seçki qərargahının rəsmi şəxsləri nəzarətdə saxlanılıb.

Rusiya isə Fransa seçkilərinə nə haker hücumları, nə də elektron məktublar və sənədlərin gizlicə əldə edilməsi yolu ilə müdaxilə etmədiyini bildirib. ABŞ kəşfiyyat agentliklərinin Reuters-ə verdiyi məlumata görə, may ayında hakerlərin Rusiya hökuməti ilə əlaqəsi olub. Lakin, hakerlərə əmrin Kremldən verildiyinə dair isə sübut yoxdur.

Facebook Reuters-ə bu məlumatı təsdiqləyərək bir neçə casus hesabların Fransada açıldığını, aşkar edildikdən sonra isə həmin hesabların dondurulduğunu bildirib.

Saxta hesablar Makronun dostlarının dostları kimi göstərilib və bununla da onlardan şəxsi informasiyalar alınmasına cəhd edilib.

Facebook işçiləri bu kimi cəhdlərin prezident seçkilərinin birinci turunda edildiyinə diqqət edib və hesabların keçmişdə Rusiya Baş Kəşfiyyat İdarəsinin (Müdafiə nazirliyinə tabedir-red.) istifadə etdiyi proqramlardan olduğunu bildirib. BKİ həm də 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etməklə ittiham edilir.

Fransa kəşfiyyat xidmətinin rəsmi şəxsləri seçki kampaniyasına edilən haker hücumlarla bağlı rəsmi şəkildə kimisə günahlandırmayıb. Seçki kampaniyası dövründə kiber təhlükəsizliyinə nəzarət edən və hal-hazırda da Rəqəmsal iqtisadiyyat üzrə dövlət katibi olan Münir Mahjubi bəzi rəsmilərin hücumların arxasında Rusiyanın dayandığını düşündüyünü deyib. “Lakin onların dəlili yoxdur” – nazir deyib.

Facebook şirkəti bütün dünyadan gələn saxta hesabların açılması və yalan informasiyaların yayılmasına görə gələn tənqidlərə əsasən aprel ayında “informasiya əməliyyatı ” da aparıb

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler