» » “Məscidi-Əqsa”dan metal detektorlar götürülür

“Məscidi-Əqsa”dan metal detektorlar götürülür

Bölmə: Dünya
“Məscidi-Əqsa”dan metal detektorlar götürülür
İsrailin “Kanal 2” kanalı “Məscidi-Əqsa”da quraşdırılmış metal detektorların bu axşamdan etibarən götürüləcəyəni iddia edib.

Xalqinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yoxlamalar bundan sonra əl detektorları ilə aparılacaq.

Məsələ ilə bağlı hələlik İsraildən rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, 14 iyulda “Məscidi-Əqsa”da atışma çıxmış, 3 fələstinli və 2 İsrail polisi ölmüşdü.

Hadisədən sonra “Məscidi-Əqsa”ya girişə qadağa qoyan İsrail polisi məscidin yaxınlığında metal detektorlar quraşdırmışdı. Buna etiraz edən fələstinlilər bir neçə gündür aksiyalar keçirir, detektorların götürülməsini tələb edirlər.

Aksiyaya sərt müdaxilə edən İsrail polisi 3 nəfəri öldürmüş, 150-dən çox vətəndaşı isə yaralamışdı.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler