» » Taliban hücum etdi:

Taliban hücum etdi: 70 kənd sakini oğurlandı, 7 ölü

Bölmə: Dünya
Taliban hücum etdi:
Taliban hərəkatının yaraqlıları Əfqanıstanının cənubundakı kəndlərin birində azı 70 sakini oğurlayıblar, onların 7-si öldürülüb.

Xalqinfo.az Axar.az-a istinadən xəbər verir ki,a 30 nəfərədək sakin azad olunub. Kandahar vilayəti polis idarəsinin başçısı oğurlanan sakinlərin azad olunması istiqamətində əməliyyatların davam etdiyini bildirib.

Əfqanıstanda insan hüquqları üzrə müstəqil komitə şənbə günü Kandaharı Tarinkot şəhəri (Uruzqan vilayəti) ilə birləşdirən yol rayonunda 70-dən çox insanın silahlı dəstə tərəfindən oğurlandığına dair məlumat dərc edib. Təşkilatın bildirdiyinə görə, 40-dan çox sakin hələ də əsirlikdədir.

Son vaxtlar Əfqanıstanda vəziyyət xeyli gərginləşib. Vaxtilə kənd rayonlarında geniş ərazilər ələ keçirən “Taliban” hərəkatının yaraqlıları hazırda böyük şəhərlərə hücuma başlayıb. Ölkə ərazisində İŞİD terror qruplaşmasının təsiri də güclənməkdədir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler