» » Birinci xanım ingilis-dilini bildiyini gizlətdi -

Birinci xanım ingilis-dilini bildiyini gizlətdi - Trampla danışmamaq üçün...

Bölmə: Dünya
Birinci xanım ingilis-dilini bildiyini gizlətdi -
“New York Times” qəzeti ABŞ prezidenti Donald Trampın Hamburq şəhərində keçirilən G20 sammiti haqqında danışdığı intervyusunu dərc edib.

Amerika lideri nahar zamanı Yaponiyanın birinci xanımı Akie Abe ilə yanaşı əyləşdiyini söylədikdən sonra onun çox möhtəşəm qadın olduğunu əlavə edərək ingilis-dilini bilmədiyini də vurğulayıb. Belə ki, onun sözlərinə görə, nahar təxminən 2 saat davam edib və bütün bu vaxt ərzində prezident Sindzo Abenin xanımı Trampa hətta “salam” sözünü belə deməyib.

“Qafqazinfo” xəbər verir ki, Akie Abe bundan öncə ingilis-dilini mükəmməl bildiyini çıxışları zamanı sərgiləyib. Jurnalistlər onun simpoziumlardan birində ingilis-dilində hazırlanmış hesabatını xatırladıblar. KİV nümayəndələri Abenin Hamburqdakı naharda bilərək bu dili bildiyini gizlətdiyini iddia edirlər. Onların fikrincə, birinci xanım Trampla ünsiyyət qurmaqdan qaçıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler