» » Yaponiyada daşqınlar can aldı:

Yaponiyada daşqınlar can aldı: 32 ölü

Bölmə: Dünya
Yaponiyada daşqınlar can aldı:
Yaponiyanın cənub-qərbində yerləşən Kyuşu adasında daşqınlar və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 32 nəfərə çatıb. Bu barədə NHK telekanalı məlumat yayıb.

Xalqinfo.az xəbər verir ki,təbii fəalkətin baş verdiyi Fukuoka və Oiçi prefekturalarında 29 nəfərin həlak olduğu bildirilirdi. Daha 10 nəfəri isə hələ də tapmaq mümkün olmayıb. Özünümüdafiə qüvvələri, polis və yanğınsöndürmə dəstəsinin iki mindən çox əməkdaşı təbii fəlakət zonasında axtarışları davam etdirir.

Kyuşu adasında iyulun 5-dən başlanan leysan yağışlar çoxsaylı daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Evlər, avtomobil və dəmir yolları dağılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler