» » İŞİD-dən növbəti məğlubiyyət

İŞİD-dən növbəti məğlubiyyət

Bölmə: Dünya
İŞİD-dən növbəti məğlubiyyət
İraq ordusu hücum edərək terrorçulara ağır zərbə vurub
İŞİD Ənbar vilayətinin Hit şəhərində yerləşən İraq ordusunun bazasını ələ keçirsədə, yenidən geri çəkilməli olub.

ans press -in məlumatına görə, İŞİD strateji əhəmiyyətli bu bazada çoxlu sayda silah-sursat və hərbi texnika ələ keçirdiyini açıqlayıb.

İraq ordusundan verilən məlumatda bildirilib ki, ordu taktiki manevr edərək geri çəkilib. İŞİD Hit şəhərini ələ keçirəndən dərhal sonra İraq ordusu və yerli tayfalardan qurulan silahlı dəstələr İŞİD-in üzərinə hücum edib.

Nəticədə İŞİD silahlıları çoxlu itki verərək geri çəkilməli olub. Hit şəhərini nəzarəti tamamilə İraq ordusunun əlinə keçib.

Qeyd edək ki, ötən həftə Ənbar əyalətinin Ramadi və Fəlluca şəhərlərində və Hit mahalında yeni bölgələr ələ keçirən İŞİD Bağdada hücum etməyə hazırlaşırdı. İraq ordusundan verilən açıqlamada bildirilir ki, İŞİD-ə keçirilmiş bu günkü hərbi əməliyyatdan sonra terror qruplaşmasının paytaxta hücum etmək imkanları xeyli azalmış olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler