» » Trampla Putinin mətbuata qapalı görüşü başa çatıb -

Trampla Putinin mətbuata qapalı görüşü başa çatıb - Yenilənib

Bölmə: Dünya
Trampla Putinin mətbuata qapalı görüşü başa çatıb -
ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında ikitərəfli görüş başa çatıb.

Xalqinfo.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın Hamburq şəhərində, G-20 zirvə toplantısı çərçivəsində baş tutan danışıqlar 2 saat 15 dəqiqə davam edib. Bu, iki dövlət başçısı arasında keçirilən ilk görüş olub. Bundan əvvəl onlar yalnız telefonla danışıb.

Qeyd edək ki, mətbuata qapalı şəraitdə baş tutan görüşdə ABŞ-ın dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak edib.

18:32

Almaniyanın Hamburq şəhərində, G-20 zirvə toplantısı çərçivəsində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.

Modern.az Rusiya KİV-nə isitnadən məlumat verir ki, görüşdə dövlət katibi Reks Tillerson və xarici işlər naziri Sergey Lavrov da iştirak edir.

Görüşdə əsas müzakirə mövzusu Suriya problemi və İŞİD-ə qarşı mübarizə olacaq. Bundan başqa, beynəlxalq terrorizmlə mübarizə, Ukraynadakı münaqişə və Şimali Koreya problemi ilə bağlı da fikir mübadiləsi aparacağı gözlənilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler