» » Rusiya Ukraynada 4500 əsgər itirib -

Rusiya Ukraynada 4500 əsgər itirib - sensasion faktlar

Bölmə: Dünya
Rusiya Ukraynada 4500 əsgər itirib -Separatçılar “referenduma” hazırlaşır; OPEC-dən 1 barel neft üçün qiymət proqnozu - 76 dollar; Rusiya iqtisadiyyatı sürünür

“Rusiya Ukraynaya hərbi təcavüz edəndən 4500 əsgər ölüb, ancaq onlardan yalnız 300-ə qədəri dəfn edilmək üçün ailələrinə verilib. Rusiyada Ukraynaya göndərilən əsgərlərin analarına “övladınız təlimdədir” deyirlər. Həlak olan əsgərlərin ailələrinə isə ölüm faktının səbəbi olaraq insult, travma, infarkt, intihar kimi bəhanələri təqdim edirlər”. Bu sözləri Rusiyanın insan haqları müdafiəçidi Yelena Vasilyeva “1+1” telekanalına müsahibəsində deyib.

Y.Vasilyevanın sözlərinə görə, Rusiya telekanallarının vətəndaşlardan gizlədiyi informasiyaları dəqiqləşdirmək üçün yaxın 2 gündə növbəti dəfə münaqişə bölgəsinə getməyi planlaşdırır: “Övladlarını qulluq etdikləri hərbi hissələrdə tapmayan yüzlərlə ana mənə müraciət edib. Onlar şok içərisindədirlər. Övladlarını itirən analar da mənə yazır. Övladları həlak olana qədər onları inandırırlar ki, heç bir savaş yoxdur. “200 saylı yük” (əsgər tabutu) qapılarına gətiriləndə isə onlara deyirlər ki, oğlunuz insultdan, travmadan, infarktdan vəfat edib, ya da özünə qəsd edib. Ukraynada həlak olan Rusiya əsgərlərinin ölüm yeri kimi isə “Rostovun 150 km-də” sözləri yazılır”.
Rusiya Ukraynada 4500 əsgər itirib -
Ukrayna-Rusiya savaşı isə ötən gecə də davam edib. Unian.net yazır ki, atəşkəs sazişinə əməl etməyən Rusiya Silahlı Qüvvələri hər gün azı 40 dəfə cəbhə boyu Ukrayna Ordusunun mövqelərini odlu silahdan, minomyotlardan, ağır artilleriyadan atəşə tutur. Ukrayna Müdafiə Nazirliyinin Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitriy Tımçuk Facebook səhifəsindən bildirib ki, oktyabrın 13-ə keçən gecə Ukrayna ordusunun bölmələri “Qrad” BM-21 raket sistemlərindən atəşə tutulub. Bundan başqa, tankların və artilleriyanın iştirakı ilə davam edən döyüş 3 saatdan çox sürüb. Rusiya qoşunlarının tərkibində kazaklar da döyüşür. Özünü Don Qoşunlarının 32-ci dairəsi adlandıran kazak bölməsi Luqanşina yaxınlarında Ukrayna ordusunun mövqelərinə hücum edib. Nəticədə 6 Ukrayna hərbçisi yaralanıb.



Rusiya Ukraynada 4500 əsgər itirib -
Oktyabrın 13-də səhər saatlarında Mariupolda güclü döyüşlər başlayıb. Ukrayna agentlikləri xəbər verir ki, şəhərin Talakovka və Saltana yaşayış məntəqələrində tərəflər arasında ağır döyüşlər gedir. Ukrayna Silahlı Qüvvələrinin yaydığı açıqlamada bildirilir ki, Rusiya tankları ərazidəki mülki binaları hədəf alıb. Ukrayna qoşunları cavab atəşi ilə bir neçə atəş nöqtəsini susdurub. Şəhər sakinləri isə yaşayış yerlərini tərk edərək zirzəmilərə çəkilir.

Hərbi yolla Ukraynadan torpaq qoparan Rusiya həmin ərazilərə yeni status verilməsi üçün siyasi cəhdlərini də davam etdirir. Oktyabrın 12-də “Luqanşina Xalq Respublikası”nın Ukraynadan ayrılmaq üçün referendum keçirməyə hazırlaşdığı haqqında xəbərlər yayılıb. Qondarma respublikanın təmsilçiləri əhali arasında noyabrın 9-da referendum keçiriləcəyi ilə bağlı bildirişlər yayıb. Referendumda vətəndaşlar bir məsələ ilə bağlı seçim etməlidirlər – Luqanşinanın gələcəyini Ukraynanın tərkibində, yoxsa müstəqil respublika kimi görmək istəyirlər. Rəsmi Kiyev baş verənləri Kremlin birbaşa ssenarisi əsasında separatçıların təxribatı adlandırıb. İndiyə qədər oxşar cəhdlər Donetsk və Luqanskda da baş verib. Separatçılar “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” elan edilməsi üçün sentyabrın 25-nə “referendum” təyin etsələr də sonradan həmin tarixi geriyə - noyabrın 9-na çəkiblər.

Ukrayna mediasının əsas xəbər başlıqlarından biri də Qərbin Rusiyanı Ukraynaya hərbi təcavüz etdiyinə görə iqtisadi tədbirlərlə çökdürmək planları haqqındadır. Yada salaq ki, Rusiya dünya birliyinin işğala son qoymaq tələblərini gözardı etdikdən sonra Qərb Rusiyaya ağır iqtisadi sanksiyalar tətbiq etməkdədir. Neftin dünya bazarındakı qiymətinin endirilməsi bu sanksiyalardan yalnız biridir.

Rusiya Ukraynada 4500 əsgər itirib -

Reuters xəbər verir ki, OPEC-ə daxil olan Birləşmiş Ərəb Əmirlikləri və Küveyt neft hasilatını azaltmaq fikrində deyillər: “Bu ölkələr neftin dünya bazarındakı qiymətinin enməsi ilə mübariz aparmaq fikrində deyil”. Son günlər London birjasında 1 barel neft son 4 ildə ilk dəfə 2010-ci ildəki $87,74 həddinə düşüb. Ekspertlərin fikrincə, bu durum Rusiya iqtisadiyyatına son dərəcə ağır zərbələr vurmaqdadır. Səudiyyə Ərəbistanındakı qaynaqlar Reuters-ə bildirib ki, ölkə neftin qiymətinin hər barel üçün 80 dollara enməsinə normal yanaşır. Ekspertlər isə neft qiymətlərinin 76-77 dollar həddinə enəcəyini də proqnozlaşdırır. Küveyt ekspertləri deyir ki, bu qiymət ABŞ və Rusiyada neftin maya dəyəridir. OPEC neftin bazara daha az məhsul çıxarmaqla qiymətin 100 dollardan enməməsini təklif etsə də, Səudiyyə Ərəbistanı və Küveyt bu tədbirin gözlənilən sonuc verəcəyinə inanmır. Səudiyyənin neft naziri deyib ki, ölkə gündə 30 milyon barel neft çıxarılması qərarına yenidən baxmaq fikrində deyil.

Enerji məsələləri üzrə ekspertlər bildirir ki, neftin qiymətinin enməsi Rusiya iqtisadiyyatına hər gün bir neçə milyard dollara yaxın ziyan vurur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler