» » Tramp-Putin görüşü ilə bağlı qeyri-adi şərh

Tramp-Putin görüşü ilə bağlı qeyri-adi şərh

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Tramp-Putin görüşü ilə bağlı qeyri-adi şərh
“Vladimir Putin və Donald Tramp Almaniyada G20 sammiti zamanı nəyi müzakirə etməyi planlaşdırdığı dəqiq deyil, amma bir şey dəqiq aydındır. Onlardan heç biri zəif görünmək istəməyəcək”.

Xalqinfo.az xəbər verir ki, bunu ABŞ və Rusiya prezidentlərinin iyunun 7-də Almaniyanın Hamburq şəhərində keçiriləcək görüşünü şərh edən təhlükəsizlik üzrə mütəxəssis Derek Çollet “Newsweek” nəşrinə deyib.

ABŞ-ın sabiq prezidenti Barak Obama administrasiyasında işləyən mütəxəssisin fikrincə, hər iki lider “qəzəbli maçizm” (“Maçizm” ispan sözüdür, əsl kişi anlamına gəlir, eyni zamanda patriarxal, aqressiv kişi tipini ifadə edir –red.) səviyyəsində yarışacaqlar.

“Tramp və Putin G20-də “maçizm-ədabazlığın” ən yüksək səviyyəsini göstərəcəklər. Həm Tramp, həm də Putin yaxşı bilir ki, siyasətdə imic çox əhəmiyyətlidir. Tramp dünya liderlərinin əlini sıxması ilə tanınır. Putin isə at üzərində çılpaq bədənlə poza alaraq qlobal siyasətin ən yüksək eşalonlarında müşahidə olunmamış “qəzəbli maçizm” səviyyəsinə nail olur. Mən bu iki liderin “maçizm-ədabazlığının” olimpiya səviyyəsini gözləyirəm”, - o bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler