» » Dubayın küçələrini robotlar qoruyacaq -

Dubayın küçələrini robotlar qoruyacaq - Video

Bölmə: Dünya, MARAQLI
Dubayın küçələrini robotlar qoruyacaq -
Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri sayılan Dubayın polisi bu ilin sonunda şəhərin küçələrinə robot patrullar: robomobillər – "O-R3"-lər buraxmaq niyyətindədir.

Xalqinfo.az "Report"ə istinadən xəbər verir ki, bu barədə "The Verge" nəşri yazıb.

Təkərli robot O-R3 kamerayla, məsafədən ötürücülərlə, teplovizirlə və digər avadanlıqlarla təchiz olunub. Robomobil yüksək keyfiyyətli texnologiya ilə təchiz edilməsi sayəsində öz yolundakı maneələri müəyyən etməyə qadirdir.

O, habelə şübhəli predmetləri, qayda pozucularını, avtomobillərin nömrələrini, sahibsiz əşyaları qeyd etməyə və piyadaları müəyyən etməyə qadirdir.

Ehtimal edilir ki,O-R3 xüsusi rejimdə işləyərək avtomobilləri və insanları qeydə almaqla şəhərin küçələrində hərəkət edəcək. "Polis" həm də pilotsuz aparatla təmin olunacaq.

"Biz bu texnologiyaların köməyi ilə əməliyyatların miqyasını artırmağa çalışırıq. Əslində biz küçələrin hətta ağır polis patrulu olmadan, təhlükəsiz və dinc olmasına çalışırıq", - deyə Dubay polisinin komandanı, general-mayor Abdulla Xəlifə Əl-Marri vurğulayıb.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler