» » Antalyada son 88 ilin ən isti günü yaşanıb

Antalyada son 88 ilin ən isti günü yaşanıb

Bölmə: Dünya
Antalyada son 88 ilin ən isti günü yaşanıb
Türkiyənin Antalya şəhərində son 88 ilin ən isti günü yaşanıb.

Xalqinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün Antalyada hava temperaturunun ölçülməyə başlandığı 1929-cu ildən bəri ən isti gün yaşanıb. Belə ki, 2000-ci ildə şəhərdə 45 dərəcə isti qeydə alınmışdı. Bu gün isə 45,4 dərəcə temperaturla son 88 ilin rekordu yenilənib.

Sinoptiklərin məlumatına görə, bölgədə mövsüm üçün normal göstəricilərdən 10-12 dərəcə yüksək istilər hökm sürür. Antalyada anomal isti hava şəraitinin sabah da davam edəcəyi bildirilir.

Bu gün İstanbulda da hava çox isti keçib, termometrin göstəricisi 44 dərəcəyədək yüksəlib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler