» » Dəhşət: 50 miqrant səhrada susuzluqdan öldü

Dəhşət: 50 miqrant səhrada susuzluqdan öldü

Bölmə: Dünya
Dəhşət: 50 miqrant səhrada susuzluqdan öldü
Afrikanın müxtəlif ölkələrinin vətəndaşı olan 50-yə qədər miqrantın Saxara səhrasında həlak olduğu təxmin edilir.

Xalqinfo.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Beynəlxalq Miqrasiya Təşkilatı bildirib.

Təşkilatın məlumatına görə, 70-dən çox miqrant üç yük avtomobilində Saxara səhrasını keçərək Liviyaya çatmaq istəyirdilər. Onlardan yalnız 23-ü Liviyaya çatmağı bacarıb. Sürücülər naməlum səbəblərdən digərlərini səhraya buraxıblar.

Agentliyinin məlumatına görə, səhrada qalan 15 miqrant susuzluqdan həlak olublar. Digərlərinin axtarışları davam edir.

Qeyd edək ki, Saxaradan Liviyaya uzanan yol bir sıra Afrika ölkələrinin qaçqınları üçün adi marşrutdur. Onlar Liviyadan Avropaya getməyə çalışırlar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler