» » ABŞ Türkiyənin düşməni üçün qapını açıq saxladı

ABŞ Türkiyənin düşməni üçün qapını açıq saxladı

Bölmə: Dünya
ABŞ Türkiyənin düşməni üçün qapını açıq saxladı
ABŞ Suriyanın Rakka şəhərinin İŞİD-dən təmizlənməsindən sonra da YPG-yə (PKK-nın Suriya qanadı) yardım edəcək.

Xalqinfo.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis deyib.

YPG-yə ediləcək yardımın silah olub-olmayacağına gəlincə, amerikalı nazir konkret cavab verməkdən yayınıb.

Xatırladaq ki, ABŞ-ın müdafiə naziri ötən həftə türkiyəli həmkarı Fikri İşıka göndərdiyi məktubda ABŞ-ın YPG-yə çatdırdığı materialların siyahısını hər ay Türkiyə ilə paylaşacağını bildirib.

Qeyd edək ki, Ankara YPG-ni terror təşkilatı kimi tanıyır və ABŞ-ın etdiyi silah yardımlarına dəfələrlə qarşı çıxıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler