Yaponiya, ABŞ və Hindistan birgə hərbi təlimlər keçirəcəklərBölmə: Dünya
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ, Yaponiya və Hindistan iyulda Hind okeanının qərbində birgə böyük hərbi təlimlər keçirəcəklər. Bu barədə o, Hindistanın Baş naziri Narendra Modi ilə görüşündən sonra bəyan edib. D.Tramp deyib: “Bizim silahlı qüvvələrimiz hər il terrorizmlə mübarizədə əməkdaşlığı möhkəmləndirməyin üzərində işləyir. Gələn ay da onlar yapon dənizçilərlə birlikdə Hind okeanının qərbində hərbi təlimlərdə iştirak edəcəklər”. Vaşinqtona rəsmi səfəri çərçivəsində N.Modi, həmçinin Pentaqonun rəhbəri Ceyms Mettis ilə də görüşüb. |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|