» » Güclü yanğın: 2 min nəfər təxliyə edildi

Güclü yanğın: 2 min nəfər təxliyə edildi

Bölmə: Dünya
Güclü yanğın: 2 min nəfər təxliyə edildi
İspaniyanın cənub qərbində baş verən meşə yanğınları nəticəsində 2 mindən çox insan evini tərk etməli olub.

Xalqinfo.az xəbər verir ki, hökumət rəsmiləri açıqlamalarında yanğın baş verən ərazidə 2 otel, 2 istirahət mərkəzinin olduğunu bildirib.

Turistlərin əksəriyyəti və yerli sakinlər təxliyyə edilib.

Külək və güclü istilər yanğının sürətli şəkildə ətrafa yayılmasına səbəb olub. Hətta ərazidə bəzi avtomobil yollarında hərəkət məhdudlaşdırılıb. Güclü tüstü səbəbindən ərazidəki sakinlər və turistlərin evdən çıxmaması tövsiyə edilib.

Yanğının söndürülməsinə 550 nəfər və 25 vertolyot cəlb edilib.Hökümət yanğının 3 məntəqədə hələ də söndürülmədiyini açıqlayıb. Yanğının Avropanın ən dəyərli təbii parklarına çatmaması üçün yanğınsöndürmə tədbirləri daha da intensivləşdirilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler