» » Britaniya parlamentində həyəcan –

Britaniya parlamentində həyəcan – Parollar oğurlandı

Bölmə: Dünya
Britaniya parlamentində həyəcan –
Böyük Britaniya parlamentinin elektron poçt qutusu işləmir. Problemi aradan qaldırmağa çalışırıq.

Teleqraf.com xəbər verir ki, bu sözləri kiber-hücuma məruz qalan Böyük Britaniya Lordlar Palatasının üzvü Kristofer Rennard özünün “Tvitter” hesabında paylaşıb. O, həmçinin bildirib ki, palata parlament üzvlərinin şəxsi hesablarına giriş etməyə çalışanların olduğunu anlayıb. Kompüter şəbəkəsinin təhlükəsizliyini təmin etmək üçün araşdırmalar aparılıb. Az sonra məlum olub ki, bir neçə deputatın şəxsi parolları dəyişdirilib və onlar öz hesablarına daxil ola bilmirlər.

Qeyd edək ki, bu hadisədən bir qədər əvvəl “Tayms” qəzeti minlərlə parol və hesabların hakerlərin siyahısında olması və onların bu profilləri satmağı planlaşdırdığı barədə xəbər vermişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler