» » 300 min rüşvət təklif edən azərbaycanlı cəzalandırılacaq

300 min rüşvət təklif edən azərbaycanlı cəzalandırılacaq

Bölmə: Dünya
300 min rüşvət təklif edən azərbaycanlı cəzalandırılacaq
Rusiyanın İrkutsk vilayətinin Tayşet şəhər məhkəməsi azərbaycanlı biznesmenin işinə baxır.

Virtualaz.org-un məlumatına görə, biznesmen polisə iri məbləğdə rüşvət təklif etməkdə ittiham olunur.

Belə ki, bu ilin martında meşələrin qanunsuz qırılması üzrə qaldırılmış cinayət işi əsasında müstəntiqlər azərbaycanlı biznesmenin sənaye bazasının ərazisində yoxlama aparıblar. Axtarış protokolunda meşə tədarükü sahəsində qanunların pozulması və əməyin təhlükəsizliyi normalarına əməl edilmədiyi barədə faktlar əksini tapıb. Bu zaman müəssisənin rəhbəri polisə protokolu “yerindəcə cırıb atmaq üçün” 300 min rubl rüşvət təklif edib. Lakin polis müstəntiqi protokolu cırıb atmaq əvəzinə biznesmenin vəzifəli şəxsə rüşvət təklif etməsinə dair yerindəcə yeni protokol tərtib edib və onun barəsində cinayət işi qaldırılıb.

İndi azərbaycanlı biznesmeni bu ittihamla 7 ildən 12 ilədək həbs cəzası, üstəlik 18 milyon rubl cərimə cəzası gözləyir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler