» » Maduronun tərəfdarları Venesuela parlamentinə hücum etdi

Maduronun tərəfdarları Venesuela parlamentinə hücum etdi

Bölmə: Dünya
Maduronun tərəfdarları Venesuela parlamentinə hücum etdi
Venesuelanın paytaxtı Karakasda prezident Nikolas Maduronun tərəfdarları müxalifətin nəzarətində olan parlamentə hücum edib.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, insident nəticəsində 4 nəfər xəsarət alıb, binaya maddi ziyan dəyib.

Məlumata əsasən, Konstitusiya Assambleyasının çağırılmasına qarşı aksiya keçirən parlamentin əməkdaşları Nikolas Maduronun tərəfdarlarının hücumuna məruz qalıb.

Bundan əlavə, Karakasda etiraz aksiyası keçirən müxalifətçilər üç yük maşınını yandırıb. “Telesur” telekanalının məlumatına görə, insident Venesuela Hərbi Hava Qüvvələrinin bazası yaxınlığında qeydə alınıb.

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Sonrakı etiraz aksiyalarına səbəb ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub.

Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Aprelin əvvəlindən ölkədə iğtişaşlar nəticəsində 75 nəfər ölüb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler