» » Mark Zukerberq ilk dəfə iftara qatılıb

Mark Zukerberq ilk dəfə iftara qatılıb

Bölmə: Dünya
Mark Zukerberq ilk dəfə iftara qatılıb
Facebook-un yaradıcısı Mark Zukerberq ilk dəfə iftara qatılıb.

Xalqinfo.az Report-a istinadən xəbər verir ki, M.Zukerberq Minneapolisdə Somalidən olan qaçqınlarla iftar yeməyini bölüşüb.

“Qaçqın kimi, adətən, hansı ölkəyə düşəcəyinizi seçə bilmirsiniz. 26 ilini qaçqınlar üçün düşərgədə keçirən bir nəfərdən ABŞ-da özünü evdəki kimi hiss edib-etmədiyini soruşanda mənə çox sadə, amma dərin mənalı cavab vermişdi: "Ev istədiyinizi sərbəst şəkildə edə bildiyiniz yerdir". Dünyada onun istədiyi kimi yaşamasının, rahat olmasının mümkün olduğu çox az yer var”, - M.Zukerberq Facebook səhifəsində yazıb.

O, iftar süfrəsi təşkil edən somalili qaçqınlara qonaqpərvərliyə görə təşəkkürünü bildirib: “Sizin gücünüzə və yad bir yerdə yeni həyat qurmaqda göstərdiyiniz qətiyyətə heyranam. Siz bu ölkənin nəyə görə belə möhtəşəm olduğunu bir daha xatırladırsınız”.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler