» » Məşhur viruslar dünya təşkilatlarının dörddə birinə hücum edib

Məşhur viruslar dünya təşkilatlarının dörddə birinə hücum edib

Bölmə: Dünya
Məşhur viruslar dünya təşkilatlarının dörddə birinə hücum edib
“Check Point” şirkəti tədqiqat apararaq dünyada hər dördüncü təşkilatın “Fireball” və “WannaCry” viruslarının hücumuna məruz qalmasını açıqlayıb.

Xalqinfo.az ICTnews-a istinadən xəbər verir ki, əvvəllər məlum olmayan viruslar ən fəal zərərli proqram təminatı ailəsi üçlüyünə daxil olub. “Fireball” dünya təşkilatlarının 20 faizinə ziyan vurub.

“WannaCry” təşkilatların 8 faizinə hücum edib. Həmçinin, aktiv viruslardan biri şirkətlərin 16 faizini yoluxduran “RoughTed” olub.

“RoughTed” zərərli reklamın geniş kampaniyasıdır. “WannaCry”da olduğu kimi, virus yaradıcıları onun şəbəkələr daxilində və arasında yayılması üçün “Windows SMB” eksploytunun “EternalBlue” adlı imkanlarından istifadə ediblər.

Məlumata görə, ən aktiv zərərli proqramlar onluğuna, həmçinin 2017-ci ilin mayınadək mütəxəssislərə məlum olmayan “Jaff” proqram təminatı daxildir. Virus səkkizinci yeri tutub. Ən fəal mobil zərərli proqramlar arasında “Hiddad” və “Triada” viruslarını geridə qoyan “Hummingbad” olub.

“Check Point” hesabatında qeyd olunur ki, kiberhücumlara ən çox Zambiya, Nigeriya və Kamboca, ən az isə Lixtenşteyn, Tanzaniya və Gernsi adasının şirkətləri məruz qalıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler