» » Azərbaycanlıların pulsuz təhsil almaq haqqı pozulur

Azərbaycanlıların pulsuz təhsil almaq haqqı pozulur

Bölmə: Dünya
Azərbaycanlıların pulsuz təhsil almaq haqqı pozulur
Ərdəbildə bircə dövlət universiteti fəaliyyət göstərdiyi üçün bölgə öyrənciləri pulsuz təhsil almaq hüququndan məhrum olublar.

Xalqinfo.az xəbər verir ki, bu sözləri Mühəqqiq Ərdəbili Universitetinin rektoru (rəis) Qudərz Sadiqi iyunun 22-də Meşginşəhr (Xiyav) Ali Təlim-Tərbiyə Şurasının keçirdiyi iclasda danışarkən deyib.

“Ərdəbil dövlət universiteti və ali təhsil ocaqları baxımından ölkənin ən məhrum əyalətlərı sırasındadır. Ərdəbil əyalətində Mühəqqiq Ərdəbili Universitetindən başqa Ali Təhsil Nazirliyinin tabeliyində olan heç bir dövlət universiteti fəaliyyət göstərmir”, - deyə o bildirib.

Dövlət universitetləri baxımından Ərdəbili ölkənin digər əyalətləri ilə müqayisə edən Sadiqi təmsil etdiyi əyalətin ayrı-seçkiliyə məruz qalmasınından da danışıb:

“İranın digər əyalətlərində durum təmamilə fərqlidir. Məsələn, Fars əyalətində 11 dövlət universiteti fəaliyyət göstərir, əslində bir çox əyalət belə imkana malikdir”, - deyə o vurğulayıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler