» » Mina azərbaycanlının əlində partladı - Sərhəddə partlayış

Mina azərbaycanlının əlində partladı - Sərhəddə partlayış

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Mina azərbaycanlının əlində partladı - Sərhəddə partlayış
Türkiyə-İran sərhədində minaların təmizlənməsi prosesi zamanı partlayış olub. “Xalqinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, partlayışda 2 işçi yaralanıb.

Hadisə bu gün səhər saatlarında Kiçik Ağrı dağının ətəyində baş verib. Sərhədə yerləşdirilən minaları təmizləyən iki azərbaycanlı işçi – 35 yaşlı Razi Aslanov və 38 yaşlı Ruslan Abışov çıxardıqları minaları təhlükəsiz sahəyə götürərkən partlayış baş verib.

Əlində mina partlayan Razi Aslanov əlləri və gözündən, Ruslan Abışov isə ayaqları və bədəninin müxtəlif nahiyələrindən yaralanıb.

Iğdır Dövlət Xəstəxanasına yerləşdirilən yaralıların həyati təhlükəsinin olmadığı bildirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler