» » Rusiyalı hakerlərin yeni gizli silahı ABŞ-da narahatlıq doğurdu

Rusiyalı hakerlərin yeni gizli silahı ABŞ-da narahatlıq doğurdu

Bölmə: Dünya
Rusiyalı hakerlərin yeni gizli silahı ABŞ-da narahatlıq doğurdu
“Dragos” kibertəhlükəsizliyin tədqiqatı mərkəzi rusiyalı hakerlərin yeni təhlükəli kiberhücum silahına malik olduqlarını bildirib.

Xalqinfo.az “Wasington Post”a istinadən xəbər verir ki, “Dragos” yeni silahın hesabına hakerlərin elektrik şəbəkəsinin işini poza biləcəklərini müəyyən edib.

Ekspertlərin “CrashOverride” adı verdikləri yeni silah hələki yalnız bir dəfə, ötən ilin dekabrında Ukraynanın energetika sisteminin işinin pozulması üçün istifadə olunmuşdu. Qəzetin iddasına görə, həmin hadisə zamanı Ukraynanın istehsal etdiyi elektrik enerjisinin 20%-nin paylanma mexanizmi hakerlərin əlinə keçmişdi.

“Bu onillər boyu aparılan hücum ssenariləri və nəzəriyyələrinin kulminasiya nöqtəsidir”- deyə “Dragos” mərkəzinin direktoru Sercio Kaltaricone deyib.

Ekspertlərin fikrincə, rusların bu gizli silahdan ABŞ energetika sisteminə qarşı da istifadə etməsi ehtimalı yüksəskdir.

Rusiyalı hakerlər Fransanın yeni prezidenti Emmanuel Makron, ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klinton və s. tanınmış Qərb siyasətçilərinin tənqidinə məruz qalıb. Onlar Kremlin hakerlərdən istifadə edərək seçki prosesinə müdaxilə etdikləri fikrindədirlər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler