» » Həbsxanaya hücum edildi -

Həbsxanaya hücum edildi - 900 məhkum qaçırıldı

Bölmə: Dünya
Həbsxanaya hücum edildi -
Demokratik Konqo Respublikasında naməlum şəxslər Beni şəhərindəki həbsxanaya hücum ediblər.

Xalqinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı nəzarətçilərlə silahlı şəxslər arasında atışma baş verib.

Hadisə zamanı 8 həbsxana işçisi, 3 nəfər də məhkum ölüb.

Silahlı şəxslər 900 məhkumu qaçırmağa nail olublar. Məhkumlardan sadəcə 30 nəfər həbsxanada qalıb.

Faktla bağlı Beni və yaxınlığındakı Burembo şəhərlərində fövqəladə vəziyyət elan edilib. Sakinlərin təhlükəsizliyini təmin etmək üçün onların küçəyə çıxmasına icazə verilmir.

Silahlı şəxslərin və məhkumların tutulması üçün tədbirlər aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler