Terrorla mübarizədə yeni təklifBölmə: Dünya
Cəmiyyətin ən böyük bəlası olan terrorla mübarizədə “Skayp” və ya “Vatsap” kimi messencer xidmətlərinə nəzarət üçün polisin səlahiyyətləri gücləndirilməlidir. Xalqinfo.az xəbər verir ki, bu fikri Avstriya Konstitusiyanın Mühafizəsi və Terrorla Mübarizə Federal İdarəsinin direktoru Peter Qridlinq Böyük Britaniyanın Mançester şəhərində törədilmiş terror aktı və digər Avropa ölkələrində mümkün terror təhlükəsini şərh edərkən bildirib. Avstriya Teleradiosuna (ORF) verdiyi müsahibədə P.Qridlinq qeyd edib ki, hazırda ümumi kommunikasiyanın təxminən 80 faizinin bu xidmətlər vasitəsilə həyata keçirildiyini nəzərə aldıqda, hüquq-mühafizə orqanlarının müvafiq fəaliyyətində doldurulması mümkün olmayan boşluqlar yaranıb. Ənənəvi telefon danışıqları yerinə müasir texnoloji imkanlardan istifadə edən terrorçularla mübarizədə hüquq-mühafizə orqanlarına qanunla əlavə səlahiyyətlər verilməlidir. O, həmçinin “ağıllı” nəzarət sistemlərinin tətbiqinin genişləndirilməsini tələb edib, şifrələnmiş videotelefon və messencer proqramlarına polis nəzarətini asanlaşdırmaq və ictimai yerlərdə aparılan videoçekilişlərin arxivdə saxlanma müddətini uzatmaq üçün qanunvericilikdə dəyişiklik aparılmasını vacib addımlar sırasına daxil edib. Avstriyada konkret şübhədoğurucu məqamların olmadığını diqqətə çatdıran P.Qridlinq deyib ki, ölkədə 300-dən artıq keçmiş “cihadçı”nın yaşaması daimi təhlükə potensialının mövcud olduğunu göstərir: “300 insanı bütün sutka ərzində mütəmadi şəkildə müşahidə altında saxlamağın mümkünlüyünə inanmaq sadəcə illüziyadır”. Mançester hadisəsinə işarə edən direktor qeyd edib ki, əgər bu qrup insanlarla bağlı prioritetlər tətbiq olunmasa, qeyri-fəal təbəqəyə aid şəxslərin müəyyən situasiyalarda ən fəal fiqura çevrilməsi baş verəcək. Leyla Həsənova |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|