» » Türkiyədəki erməni arxiyepiskopu istefa verdi

Türkiyədəki erməni arxiyepiskopu istefa verdi

Bölmə: Dünya
Türkiyədəki erməni arxiyepiskopu istefa verdi
Türkiyədəki ermənilərin Qriqorian kilsəsinin patriarxının baş vəkili, arxiyepiskop Aram Ateşyan istefa verib.

Xalqinfo.az xəbər verir ki, bu barədə ermənilərə yaxın olan “Agos” qəzeti məlumat yayıb.

Məlumata görə, Türkiyə erməniləri uzun müddətdən bəri özləri üçün patriarx seçməyə çalışıb:

“Ancaq Türkiyədəki ermənilər müxtəlif səbəblərdən patriarx seçə bilməyib. Bunun üçün ilk növbədə Aram Ateşyan istefa verməli idi. O, nəhayət bu gün istefa verməyə qərar verib”.

Qəzet yazır ki, Aram Ateşyan bu gün toplantı keçirərək, bir qrup insanlarla bir araya gəlib:

“Həmin toplantıya qatılan insanlar Aram Ateşyanın istefa verdiyini açıqlayıb”.

Qeyd edək ki, Aram Ateşyanın istefa verməsi barədə hələlik heç bir rəsmi açıqlama verilməyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler