» » Türkiyədən terror hesabatı:

Türkiyədən terror hesabatı: 93 terrorçu...

Bölmə: Dünya
Türkiyədən terror hesabatı:
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının açıqladığı məlumata görə, 11-21 may tarixlərində həyata keçirilən əməliyyatlar nəticəsində 93 terrorçu öldürülüb, 71 sığınacaq və anbar məhv edilib.

Xalqinfo.az türk mediasına istinadən bildirir ki, Baş Qərargahın hesabatında PKK-ya qarşı, eləcə də Suriyanın şimalında həyata keçirilən əməliyyatlardan bəhs olunur.

Əməliyyatlar əsasən, Hakkari, Şırnak, Siirt, Diyarbəkr, Batman və Tüncelidə həyata keçirilib. Əsas hədəflər isə PKK və İŞİD terrorçuları olub.

PKK terror təşkilatının əsas gəlir mənbəyi olan narkotik istehsalı və qaçaqmalçılığı ilə mübarizə istiqamətində də ciddi addımlar atılıb, yüzlərlə kiloqram narkotik maddə ələ keçirilib. Eləcə də ciddi yoxlama və nəzarət nəticəsində sərhədləri qeyri qanuni keçən 8755 nəfər saxlanılıb.

Baş Qərargahın həyata keçirdiyi əməliyyatlar zamanı7 əsgər şəhid olub, 27 əsgər yaralanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler