» » FETÖ-nün agent gəlinləri ifşa olundu

FETÖ-nün agent gəlinləri ifşa olundu

Bölmə: Dünya
FETÖ-nün agent gəlinləri ifşa olundu
FETÖ terror təşkilatı ölkədə yüksək vəzifəli məmurları "əldə saxlayan" gözəl və cazibədar qızlardan ibarət dəstə toplayıb. Agent gəlinlər gözəllik və zəka səviyyələrinə görə təsnif ediliblər.

Xalqinfo.az xəbər verir ki, faktla bağlı İzmirdə FETÖ təşkilatını araşdıran qurum açıqlama yayıb.

İttihamlara görə, FETÖ-nün evlilik kataloqu da var imiş. Araşdırmalar nəticəsində müəyyən olunub ki, dövlətin mühüm instansiyalarına sızan, subay ictimai-siyasi xadimlərə nəzarət edən bu qadınlar məxfi sirləri təşkilata daşıyıblar.

FETÖ-nün gözəl və ağıllı qadınlarnın milli ordu zabitlərinə, prokuror, hakim, MİT mənsubları, yüksək rütbəli hüquq-mühafizə işçiləri, müəllim, polis məmuru, gənc bürokratlar və təşkilat daxilindəki varlı himayədarlara ərə getdiyi müəyyən olunub. İzmirdə keçirilən hərbi casusluq araşdırmasında ittihamnamələr izahlı şəkildə yer alır.

FETÖ terror təşkilatı agent gəlinlərin onlara ötürdüyü məxfi məlumatlarla dövlət qulluqçularının, zabitlərin, polis məmurlarının məxfi işləri haqqında arxiv formalaşdırıb.

İddialarla bağlı ciddi araşdırmalar başladılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler