» » “Facebook” istifadəçilərinin sayı açıqlandı

“Facebook” istifadəçilərinin sayı açıqlandı

Bölmə: Dünya, MARAQLI
“Facebook” istifadəçilərinin sayı açıqlandı
“Facebook” istifadəçilərinin sayı 1,94 milyarda çatıb, 1,28 milyarda yaxın adam hər gün bu sosial şəbəkədə ünsiyyət qurur.

Xalqinfo.az Life-a istinadən xəbər verir ki, müvafiq məlumat 2017-ci ilin birinci rübündə şirkətin əldə etdiyi gəlirlərə dair hesabatda dərc edilib.

Məlumata görə, bu rəqəm keçən ilki göstəricilərdən 18 faiz artıqdır.

“2017-ci ildə çox gözəl başlanğıc oldu. Biz güclü dünya icmasını dəstəkləyən alətlərin üzərində işi davam etdiririk”, - bunu “Facebook“” şirkətinin rəhbəri Mark Zukerberq bəyan edib.

Həmçinin hesabatdan bir istifadəçinin 2016-cı ilin birinci rübündə gətirdiyi gəlirin 3,32 dollardan 4,23 dollara qədər artdığı məlum olur.

KİV-in məlumatına görə, bu gün yer kürəsi əhalisinin təxminən 27 faizi “Facebook”dan istifadə edir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler