» » Əsəddən jurnalistə şok sözlər:

Əsəddən jurnalistə şok sözlər: “Bu dəqiqə şeytanla üz-üzə söhbət edirsiniz”

Bölmə: Dünya
Əsəddən jurnalistə şok sözlər:
“ABŞ və Qərbi Avropa dövlətləri mənə şeytan gözü ilə baxırlar. Əgər onların gözü ilə baxsanız, bu dəqiqə siz də şeytanla üz-üzə əyləşib söhbət edirsiniz. Qərb məni dünyaya “şeytan” kimi təqdim etməyə çalışır”.

Xalqinfo.az xəbər verir ki, bu fikirləri Suriya prezidenti Bəşər Əsəd Cənubi Amerikanın nüfuzlu “TeleSUR” telekanalının müxbirinə verdiyi müsahibəsində bildirib.
B.Əsəd deyib ki, Qərbin qərəzli və özünəməxsus yanaşma tərzi mövcuddur.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın heç bir siyasəti mövcud deyil:

ABŞ-da Trampın qərarlarının əvəzinə xüsusi xidmət orqanlarının, Pentaqonnun, silah ticarətçilərinin, neft şirkətlərinin və maliyyə qurumlarının qəbul etdiyi qərarlar icra olunur. Bütün bunları dünya əhalisi də ABŞ-da Donald Trampın timsalında müşahidə etdi. Baxmayaraq ki, Donald Tramp xarici ölkələrin daxili işlərinə müdaxilə etməyəcəyini vəd etmişdi, ancaq bir neçə ayın içərisində siyasəti dəyişdi. Artıq Donald Tramp da özünü “dərin Amerika dövləti”nə bağladı”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler