» » Qırğızıstanda matəm elan olundu

Qırğızıstanda matəm elan olundu

Bölmə: Dünya
Qırğızıstanda matəm elan olundu
Qırğızıstanın Oş əyalətinin Uzgen rayonunun Ayuu kəndində 7 ev torpaq altında qalıb.

Xalqinfo.az xəbər verir ki, torpaq sürüşməsi nəticəsində azı 24 nəfər ölüb. Təbii fəlakətin baş verdiyi ərazidə fövqəladə hallar naziri Kubatbek Boronovun başçılığı ilə operativ qərargah yaradılıb.

Hazırda axtarış-xilasetmə əməliyyatlarına 182 xilasedici, 100 əsgər, Daxili İşlər Nazirliyinin 50 əməkdaşı və 15 tibb işçisi cəlb olunub. Həmçinin 40 ailənin potensial təhlükəli ərazilərdən təxliyə olunması üçün tədbirlər görülür.

Qırğızıstan prezidenti Almazbek Atambayevin fərmanı ilə aprelin 30-u ölkədə matəm günü elan edilib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler