Türkiyədə “Wikipedia”ya giriş bağlanıbBölmə: Dünya
Türkiyə hakimiyyəti “Wikipedia” internet ensiklopediyasının resurslarına çıxışı bağlayıb. Xalqinfo.az Report-a istinadən xəbər verir ki, bu qərar İnformasiya Texnologiyaları və Rabitə Şurası tərəfindən qəbul edilib. “5651 saylı qanuna uyğun olaraq, İdarə Heyətinin apardığı texniki və hüquqi qiymətləndirmənin nəticələrinə görə, 29 apreldən etibarən “wikipedia.org” saytına qarşı inzibati tədbirlər tətbiq edilir”, - Şuranın bəyanatında deyilir. Bu qərarın səbəbləri barədə məlumat verilmir. Qeyd edək ki, Türkiyədə 5651 saylı qanun internet yayımının tənzimlənməsi və bu sahədə törədilən cinayətlərə qarşı mübarizəni nəzərdə tutur. Leyla Həsənova |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|