» » Dünya gözəli seçilən iranlı aktrisalar -

Dünya gözəli seçilən iranlı aktrisalar - Foto

Bölmə: Dünya
Dünya gözəli seçilən iranlı aktrisalar -
Amerikanın Buzznet.com internet portalı bu il dünyanın ən gözəl qadınlarının siyahısını müəyyənləşdirib. Modern.az saytı xəbər verir ki, onların arasında iki iranlı aktrisa da var.

İranlı aktrisalar Təranə Alidusti və Niki Kərimi 2017-ci ilin ən cəlbedici qadınlarının reytinqində yer alıblar.

45 yaşlı Niki Kərimi siyahıda 14-ci yeri tutub. Onun həmyerlisi 33 yaşlı Təranə Alidusti isə 28-ci yerə layiq görülüb.

Qeyd edək ki, siyahıda Hollivudun məşhur aktrisaları Emma Stoun, Emma Uotson və Aleksandra Daddario, rusiyalı aktrisa Yelizaveta Boyar da var.

Reytinqə Amerika ictimai-siyasi həyatından tanınmış simalar da düşüb. Belə ki, ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama 21-ci yerdə, sabiq dövlət katibi Hillari Klinton isə 6-cü yerdə qərarlaşıb.

Reytinqdə 1-ci yeri isə amerikalı müğənni Beyons tutub.

Buzznet.com internet portalının gözəllərin seçimi ilə bağlı sorğusunda 7 milyon oxucu iştirak edib.


www.xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler