“Bunu etməsək, yox olacağıq” ƏrdoğanBölmə: Dünya
“Dünyamız çətin bir dövrdən keçir. Ya dəyişiklik küləyini idarə edəcəyik, ya da bunun qasırğaya çevrilərək bizi yox etməsinin izləyəcəyik. Qarşımızdakı bu mənfi tablonu çevirmək bizim əlimizdədir”. Xalqinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Atlantika Şurası İstanbul sammitində çıxışında deyib. Mütəşəkkil cinayətkarlıq, kiber hücumlar, qida təhlükəsizliyi və İslam düşmənliyi kimi problemlərlə üzləşdiklərini deyən Ərdoğan bildirib ki, nüvə və ballistik raket sınaqları qədər Afrikadakı quraqlıq da beynəlxalq təhlükəsizlik və sabitliyi təhdid edir. Türkiyə prezidenti Suriyadakı cinayətlərin əsas səbəbinin Bəşər Əsəd rejimi olduğunu qeyd edib və Suriya liderini “qatil” adlandırıb. Suriyadan edilən PYD hücumlarına toxunan Ərdoğan bu ölkədə terror dəhlizinin yaradılmasına əsla icazə verməyəcəklərini vurğulayb. O, ABŞ-ın YPG-yə (PYD-nin silahlı qanadı –red.) dəstəyinin ittifaq ruhunu zədələdiyini söyləyib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|