» » Tanınmış tennisçidən sərt ittiham - "Şarapova yalançıdır" + Foto

Tanınmış tennisçidən sərt ittiham - "Şarapova yalançıdır" + Foto

Bölmə: Dünya, Idman, BLOK XƏBƏR, MANŞET
Tanınmış tennisçidən sərt ittiham - "Şarapova yalançıdır" + Foto
Məşhur tennisçi Mariya Şarapovanın dopinqlə əlaqədar 15 aylıq diskvalifikasiyadan sonra WTA turnirinə qayıtması mübahisələrə səbəb olub.

Xalqinfo.az xarici KİV-lərə istinadən xəbər verir ki, bəziləri Şarapovanın qayıdışına etiraz ediblər. Şarapovaya ən çox hiddətlənənlər isə dünya tennisçiləridir.

Şarapovanın ünvanına ən kəskin ittihamı tanınmış kanadalı tennisçi Yejeni Buşar səsləndirib.

O, rus tennisçini yalançı adlandırıb.

“Şarapovanın yenidən yarışlara dəvət alması düşünürəm ki, düzgün deyil. Şarapova yalançıdır, onu meydana buraxmaq olmaz. Onun hər hansı bir idman növünə qayıtmasına icazə verilməməlidir. Onun tennis meydançasına qayıtması yerdə qalanlarına hörmətsizlikdir”-deyə Buşar bildirib.

Xatırladaq ki, Mariya Şarapova bir neçə dəfə dopinqdən istifadəyə yol verdiyini bildirib.

Tanınmış tennisçidən sərt ittiham - "Şarapova yalançıdır" + Foto

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler