» » Sankt - Peterburqdakı terroru “İmam Şamil batalyonu” törədib

Sankt - Peterburqdakı terroru “İmam Şamil batalyonu” törədib

Bölmə: Dünya
Sankt - Peterburqdakı terroru  “İmam Şamil batalyonu” törədib
Rusiyanın Sankt-Peterburq şəhərinin metropolitenində törədilən terror aktına görə məsuliyyəti “İmam Şamil batalyonu” öz üzərinə götürüb.

Xalqinfo.az xarici mediaya istinadən xəbər verir ki, “İmam Şamil batalyonu” qruplaşmasının “Əl Qaidə” terror təşkilatı ilə əlaqəli olduğu bildirilir.

Terrorçuların fəaliyyətinin monitorinqini həyata keçirən “SITE Intelligence Group”un məlumatına görə, metrodakı partlayış terrorçu Akbarjon Cəlilova göstərişlər verən “Əl Qaidə”nin başçısı Ayman Əl Zəvahiri tərəfindən planlaşdırılıb.

Qeyd edək ki, aprelin 3-də Sankt Peterburq metropolitenində törədilən partlayış nəticəsində 14 nəfər ölüb, 50-dən çox sərnişin yaralanıb. Faktla bağlı 10 nəfər həbs edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler