» » "O, atam yox, ərimdir" -

"O, atam yox, ərimdir" - Fotolar

Bölmə: Dünya, BLOK XƏBƏR
"O, atam yox, ərimdir" -

"Yox, yanılırsınız, o mənim atam yox, ərimdir. Çoxları kimi, siz də yanıla bilərsiniz. Lakin bu, belədir. Özümüzü bəxtəvər sanırıq. Hər halda onunla ailə qurandan sonra xoşbəxtliyin nə olduğunu anladım".

37 yaşlı Reyçel Mürrey əri, 70 yaşlı keşiş Mayk Kelli ilə ailə həyatından çox razı olduğunu deyib.
Xalqinfo.az Daily Mail-ə istinadən bildirir ki, Reyçel illər əvvəl dul qalanda depressiyaya qapılmış, həyatının ağır dönəmi başlanmışdı.
Həmin vaxtlarda o, Tanrıdan yardım istəyirdi və kilsəyə tez-tez gedirdi.

Elə kilsədə yaşca özündən 33 il böyük keşiş Kelli ilə tanış oldu.
Tanışlıqdan cəmi iki həftə sonra isə Reyçel keşişə vurulduğunu anlayıb.

İndi Reyçellə Maykın iki övladı var və onlar bir-birlərini dəlicəsinə sevdiklərini söyləyirlər.
Reyçelin sözlərinə görə, Mayk Kelli ilə tanış olmazdan əvvəl 10 il nikahda olmuşdu.

"Amma ərim mənə xəyanət etdi, atıb getdi. Naçar qalmışdım. Kilsəyə yollandım, başıma gələnləri keşişə danışdım. Sonra hər gün kilsəyə gedir, ibadət edir, keşişlə saatlarla danışırdım. Günlərin birində isə keşiş mənim, iki yeniyetmə qızın anasının qarşısında diz çökərək "Tanrıya yalvarıram ki, ağrınızı mənə versin, acıdan qurtulasınız" dedi. Ürəyim az qala dayanacaqdı. O anda anladım ki, bu keşişi sevirəm", - Reyçel Mürrey söyləyib.
Maykl Kelli həmin vaxtda artıq iki dəfə boşanmış keşişdi və onun böyük oğlu da Reyçeldən 2 yaş böyükdü.

Həmin olaydan 6 həftə sonra isə Reyçel Maykdan hamilə qaldığını anladı.

Onlar 2009-cu il fevralın 14-də, Reyçel Maykdan artıq ikinci övlada hamilə qalanda evləndilər.
İndi onların iki övladı - 6 yaşlı qızları və 4 yaşlı oğulları var.

Lankaşirdə yaşayan bu ailə dünən Britaniyannı İTB 5 telekanalındakı "This Morning" proqramında yaşamlarından bəhs edib.

"O, atam yox, ərimdir" -
"O, atam yox, ərimdir" -
"O, atam yox, ərimdir" -
"O, atam yox, ərimdir" -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler