» » Türkiyədə qədimi hamam iclas salonu oldu - Fotolar

Türkiyədə qədimi hamam iclas salonu oldu - Fotolar

Bölmə: Dünya, MANŞET
Türkiyədə qədimi hamam iclas salonu oldu - Fotolar

Türkiyədə 450 illik hamam bələdiyyə binasına çevrilib. Anspress-in məlumatına görə, Lüləburqaz bələdiyyəsi 5 əsrə yaxın yaşı olan Sokollu Mehmet Paşa Türbəsidəki hamamı 6 milyon türk lirəsinə restavrasiya edib. Bundan sonra bina bələdiyyə məclisinin binasına çevrilib. Bu Türkiyədə bir ilkdir.

Hamamın tarixiliyi qorunub. Onun əsas hissəsində məclis iclası üçün böyük iclas zalı qurulub.
Kiçik otaqlarda isə iş otaqları yerləşir.

Sokollu Türbəsi Memar Sənanın əsərlərindən biridir. 1568-ci ildə inşa edilən türbəyə məscid, mədrəsə, karvansaray, hamam, məktəb daxildir.

Lüləburqaz bələdiyyə başçısı artıq hamamda ilk iclasını da keçirib. Emin Halebak bələdiyyə məclisinin bütün üzvlərinə təşəkkür edib.

Türkiyədə qədimi hamam iclas salonu oldu - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler