Britaniyada növbədənkənar parlament seçkilərinin vaxtı açıqlandıBölmə: Dünya
Böyük Britaniya növbədənkənar parlament seçkilərinə gedir. Xalqinfo.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, Britaniyanın baş naziri Tereza Mey seçkilərin iyunun 8-də keçiriləcəyini açıqlayıb. “Mən indi nazirlər kabinetinin iclasını keçirdim. Biz qərar qəbul etdik ki, ölkədə yeni parlament seçkiləri iyunun 8-də keçiriləcək. Ölkəyə güclü hökumət lazımdır”, - hökumət başçısı Dauninq-strit iqamətgahında çıxışı zamanı bildirib. Qeyd edək ki, Mey seçkilərin keçirilməsi haqqında qərarı keçirilən son rəy sorğuları fonunda qəbul edib. Sorğulara görə, hakim Mühafizəkarlar Partiyası reytinqini xeyli artırıb. |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|