» » ABŞ Şimali Koreyaya doğru iki təyyarədaşıyan göndərdi - nüvə müharibəsi yetişir

ABŞ Şimali Koreyaya doğru iki təyyarədaşıyan göndərdi - nüvə müharibəsi yetişir

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
ABŞ Şimali Koreyaya doğru iki təyyarədaşıyan göndərdi - nüvə müharibəsi yetişir
Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin komandanlığı Şimali Koreya sahillərinə daha iki təyyarədaşıyan zərbə qruplaşması göndərir.

Virtualaz.org xəbər verir ki, bu barədə Cənubi Koreyanın rəsmi “Yonhap” agentliyi hökumət qaynaqlarına istinadən məlumat yayıb. Məlumata görə bu günlərdə Şimali Koreya sahillərinə doğru istiqamət alan “Karl Vinson” təyyarədaşıyanı aprelin 15-də Yapon dənizinin sularına daxil olacaq.

Bundan əvvəl təyyarədaşıyan qruplaşmasının aprelin 16-da Yapon dənizinə daxil olacağı gözlənilirdi. Qruplaşmanın bir qədər gecikməsinin səbəbi bəlli deyil. Mənbələr deyiblər ki, təxminən həmin günlərdə-aprel ayı ərzində Birləşmiş Ştatların daha iki təyyarədaşıyan gəmisi və onları müşaiyət edən gəmilər Yapon dənizində mövqe tutacaq. Bunlar “Ronald Reyqan” və “Admiral Nimitz” təyyarədaşıyanlarıdır.

ABŞ Şimali Koreyaya doğru iki təyyarədaşıyan göndərdi - nüvə müharibəsi yetişir














Beləliklə, ABŞ-ın Şimali Koreya sahillərində misli görünnməmiş qüvvə cəmləşdirməsi baş verəcək. Üç təyyarədaşıyanın göyərtəsində cəmi 200-dən çox müxtəlif tipli bombardmançı və qırıcı təyyarələr, yüzlərlə “Tomoqavk” raketləri və digər silahlar var. ABŞ təyyarədaşıyanlarını müşaiyət edən sualtı qayıqları isə nüvə başlığı daşıyan raketlərlə təchiz olunub.

ABŞ prezidenti Donald TrampFox News telekanalına müsahibə verərək bəyan edib ki, Şimali Koreyaya dair planlarının nədən ibarət olduğunu açıqlamaq niyyətində deyil. Tramp Pxenyanya qarşı qərarının “hamı üçün sürpriz olacağını” bildirib. “Mən nə etdiyimi və ya nə barədə düşündüyümü teleqrafla hamıya car çəkmək niyyətində deyiləm. Mən özümü planları barədə dörd həftə əvvəl məlumat verən əvvəlki administrasiyalar kimi aparmıram. Bu işlər belə getmir. Ancaq onu deyə bilərəm ki, hər şey yaxşı olacaq və sülh əldə ediləcək”-Tramp bildirib.

ABŞ Şimali Koreyaya doğru iki təyyarədaşıyan göndərdi - nüvə müharibəsi yetişir













ABŞ prezidenti əlavə edib ki, Şimali Koreya diktatoru ilə danışmaq mənasızdır. Çünki o, uzun müddətir ki, hamını barmağına dolayır. “Bu adamla danışıqlar uzun müddətdir gedir. Siz Klintonun kitabını oxumusunuz, o deyir ki, guya biz möhtəşəm sülh razılaşması bağlamışıq. Bu, əlbətdə ki, zarafatdır. Siz Obamanın prezidentliyi dövründə müxtəlif məsələlərə baxmısınız. Hamısını dolayıblar. Onların hamısını bu adam barmağına dolayıb”-Tramp Şimali Koreya diktatoru Kim Çen Inı nəzərdə tutaraq deyib.

Bundan əvvəl Koreya yarımadasına səfər edən ABŞ vitse-prezidenti Maykl Pens Vaşinqtonun Pxenyana qarşı “strateji səbr” siyasətinin sona çatdığını elan edib, Şimali Koreya rəhbərliyini ABŞ-ın Suriyaya endirdiyi qəfil raket zərbələrini xatırlamağa çağırıb.

ABŞ-ın təhdidlərinə cavab olaraq Şimali Koreya hərbi komandanlığı elan edib ki, Pxenyan istənilən an ABŞ-ın regiondakı hərbi bazalarına, Seuldakı prezident sarayına, Yaponiyaya və Amerika ərazisinin özünə preventiv zərbələr endirə bilər.

ABŞ Şimali Koreyaya doğru iki təyyarədaşıyan göndərdi - nüvə müharibəsi yetişir













Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsinin müavini Kim Yen Ryon isə deyib ki, nüvə müharibəsi istənilən an başlaya bilər. O, ABŞ-ı regionda təhlükəli situasiya yaratmaqda günahlandırıb. Diplomat deyib ki, Şimali Koreya ABŞ-ın istənilən hərbi təhdidlərinə cavab verəcək və bundan sonra hər həftə raket sınağı keçirəcək.

Yaponiya hökuməti isə regionda artmaqda olan gərginliyi nəzərə alaraq İkinci dünya müharibəsindən bəri ilk dəfə özünün müdafiə qüvvələrini hərəkətə keçirməyə hazırlaşır. Hökumətin qərarına görə əgər Şimali Koreya neytral sularda raket sınağı keçirsə Yaponiya özünümüdafiə qüvvələri cəbhə xəttinə yeridiləcək.

ABŞ-la Şimali Koreya arasında müharibə ehtimalını dəyərləndirən ekspertlərə görə Pxenyan Tramp administrasiyası üçün elə də asan hədəf deyil. Kim Çen Inın əlində bir neçə nüvə başlığı və onları ən azından Seula, Yaponiyaya çatdıra biləcək ballistik raketlər var. Digər tərəfdən Şimali Koreyanın strateji hərbi obyektləri dərin yeraltı tunellərdə gizlədilib və onları bunkerdağıdan bombalarla sıradan çıxarmaq asan məsələ deyil.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler