» » iPhone-6 almaq üçün sevgilisini satır -

iPhone-6 almaq üçün sevgilisini satır - FOTO

Bölmə: Dünya, BLOK XƏBƏR
iPhone-6 almaq üçün sevgilisini satır -

Texnologiya çılğınlığı bütün dünyada epidemiya kimi yayılarkən Çində tələbə oğlanın “iPhone 6” üçün sevgilisini nəğd pul verən biriylə paylaşa biləcəyini açıqlaması hamını şoka salıb.

xalqinfo.az-ın xarici mətbuata istinadən məlumatına görə, Çinin “Songijang” universitetinin tələbəsi təhsil aldığı binanın qarşısında plakat asıb. Plakatda bu şərtlər yazılıb: “Birlikdə yemək yemək, dərs hazırlamaq, video oyun oynamaq, sinifdə birlikdə oturmaq və gəzməyə getmək“.

Oğlan hazırladığı plakatda “təhsil haqqı üçün sevgili paylaşılır”, - deyə yazıb.

Bu təkliflə razılaşanlar onunla əlaqə saxlayıb qızın fotolarını görə bilərlər. Gənc, sevgilisi üçün saat başına 10 yuan, ya da aylıq 500 yuan istəyir.
Sevgilisinin boyunu, çəkisini, fotolarını sosial şəbəkədən paylaşan gəncin bu təklifi ilə hələ maraqlanan yoxdu.

Texnologiyanın səbəb olduğu çılğınlıq tək bu deyil. Bir neçə il əvvəl Çində bir kişi iPad və iPhone almaq üçün böyrəyini satmışdı.
Ailem.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler