» » “Ruhani sui-qəsdə qurban gedə bilər” - İ

“Ruhani sui-qəsdə qurban gedə bilər” - İ srailli nazirdən şok iddia

Bölmə: Dünya
“Ruhani sui-qəsdə qurban gedə bilər” - İ
İran prezidenti Həsən Ruhaniyə qarşı sui-qəsd təşkil edilə bilər.

Xalqinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu iddia ilə “Bizim ev – İsrail” partiyasının lideri, İsrailin müdafiə naziri Aviqdor Liberman çıxış edib.

Müdafiə naziri Qəzzada HƏMAS-ın liderlərindən biri olan Mazen Faqhanın ölümü (naməlum şəxslər odlu silahdan bir neçə dəfə atəş açaraq Mazen Faqhanı martın 24-də qətlə yetiriblər - red.) ilə bağlı İsrailə qarşı səslənən ittihamlara reaksiya verib.

“Bunun qəti olaraq bir daxili sui-qəsd olduğunu söyləyə bilərik (HƏMAS İsraili ona qarşı sui-qəsddə ittiham edib – red.). Mayın 19-da İranda keçiriləcək prezident seçkilərindən əvvəl bəziləri İran prezidenti Ruhaniyə qarşı sui-qəsd təşkil edərlərsə, bu, mənim üçün sürpriz olmayacaq”, - Liberman bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler